Daha doqquz dövlət Moskvanı imtiyazlı ticarət rejimindən məhrum etmək üçün G7 ölkələrinə qoşulub.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ticarət rəhbəri Valdis Dombrovskis məlumat yayıb.
Xatırladaq ki, cümə günü G7 ölkələri Rusiyanın “ən əlverişli ölkə” (MFN) statusunu ləğv etdiklərini, Rusiya idxalını digər ÜTT tərəfdaşlarına tətbiq ediləndən daha yüksək tariflərlə dayandırmaq və ya bəzi Rusiya mallarını tamamilə qadağan etmək yolunu açdıqlarını bəyan ediblər.