Böyük Britaniyanın son sanksiyalarına 100 milyard funt-sterlinq (130,63 milyard dollar) sərvəti olan elitalar, Kremlin sözçüsü Dmitri Peskov və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da daxil edilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Truss bildirib.
"Biz Putinə (Rusiya prezidenti-red) ən yaxın olanları - böyük oliqarxlardan tutmuş baş nazirədək, onun yalanlarını və dezinformasiyalarını satan təbliğatçıları vurmaqda həmişəkindən daha sürətlə gedirik", - XİN başçısı vurğulayıb.