Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Ukraynaya səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də məlumat yayıb.
Qeyd olunub ki, o, Rusiyanın hücuma başlamasından sonra Ukraynaya səfər edən ilk XİN rəhbəridir.
"Litva ikitərəfli, Aİ və NATO çərçivəsində çox möhkəm dəstək verir. Biz Ukraynanın Aİ-yə üzvlüyünü sürətləndirmək üzərində işləyirik”, - deyə Kuleba bildirib.