Modern.az

Rusiyadan Bayden, Blinken və digərlərinə qarşı SANKSİYA

Rusiyadan Bayden, Blinken və digərlərinə qarşı SANKSİYA

15 Mart 2022, 19:03

Rusiya ABŞ rəhbərliyinin nümayəndələri və onlarla əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XIN) məlumat yayıb.

 

Sanksiyalar siyahısına ABŞ Prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley, Ağ Evin mətbuat katibi Cen Psaki, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Duleep Sinkx, Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer, ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klinton, maliyyə nazirinin birinci müavini Adeveyl Adevemo, İxrac-İdxal Bankının prezidenti və Direktorlar Şurasının sədri Reta Cozef Lyuis, prezidentin oğlu Hanter Bayden daxil edilib.

 

Qeyd olunub ki, bu addım Rusiyanın yüksək vəzifəli şəxslərinin ABŞ-a girişini qadağan edən sanksiyalara cavab olaraq atılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza