Polşa, Çex Respublikası və Sloveniyanın Baş nazirləri Ukraynanın paytaxtı Kiyevə gəlib.
Modern.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski "Twitter" hesabında məlumat yayıb.
Müharibə ərəfəsində baş tutan səfərdə Çex Respublikasının Baş naziri Petr Fiala, Polşanın Baş naziri Mateuş Moravietski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın Baş naziri Janez Yanşa iştirak edirlər.
"Avropa İttifaqı Ukraynanı dəstəkləyir, Ukrayna dostlarının köməyinə arxalana bilər - biz bu mesajı bu gün Kiyevə çatdırdıq", - deyə Polşanın hökumət başçısı qeyd edib.