Modern.az

“Xahiş edirəm, bombaları dayandırın” - Zelenski

“Xahiş edirəm, bombaları dayandırın” - Zelenski

15 Mart 2022, 23:21

Ukrayna Prezidenti Volodimir Zelenski Kanada Federal Parlamentinin Baş Assambleyasına müraciət edib.

 

Modern.az xəbər verir ki, Zelenskinin çıxışı onlayn formatda yayımlanıb.

 

O, Ukraynanın hava məkanının bağlanması tələbini yenidən dilə gətirib: “Xahiş edirəm, göy üzünü bağlayın, hava məkanını qapadın. Xahiş edirəm, bombalamağı dayandırın. Bunu edənədək şəhərlərimizə daha neçə raket düşməlidir?”

 

Zelenski Ukraynada nələrin yaşandığını Kanada Baş naziri Castin Trüdoya müraciətində ifadə edib:

 

“Əziz Castin, qadınlar və uşaqlar daxil olmaqla, hər gün itkilərin sayı barədə hesabatlar aldığınızı xəyal edə bilərsiniz? Kiminsə Monreal və ya başqa Kanada şəhərlərində Kanada bayraqlarını endirdiyini düşünə bilərsiniz?

 

Səninlə dostuq, Castin. Amma eyni zamanda anlamağınızı və hər gün hiss etdiklərimizi hiss etməyinizi istəyirəm. Yaşamaq və müzəffər olmaq istəyirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza