Modern.az

Bayden Ukraynaya 13,6 milyard dollar yardım ayırdı

Bayden Ukraynaya 13,6 milyard dollar yardım ayırdı

16 Mart 2022, 00:41

ABŞ Prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar həcmində yardım ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bayden tvitter hesabında yazıb.

 

“Mən Ukraynaya 13,6 milyard dollar həcmində yardımı göstərən sənədi imzaladım”, - deyə Bayden bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında 13,6 milyard dollar məbləğində yardım edilməsi dəstəklənib. Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Digər vəsaitlər isə humanitar və iqtisadi yardıma yönəldiləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım