Modern.az

Pakistan Ukraynaya iki təyyarə yardım göndərdi

Pakistan Ukraynaya iki təyyarə yardım göndərdi

16 Mart 2022, 09:26

Pakistan çərşənbə axşamı Ukraynaya humanitar yardımla dolu iki təyyarə göndərib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi məlumat verib.

 

XİN başçısı yardımın Ukraynanın İslamabaddakı səfirliyinin xahişi ilə göndərildiyini bildirib. Humanitar yardıma çadırlar, ədyallar, yataq çantaları, generatorlar, sabun, əl yuma vasitələri, dərman və konservlər daxildir.

 

"Pakistan vəziyyətin dialoq və diplomatiya yolu ilə nizamlanmasını arzulayır", - deyən Qureşi Pakistanın Ukrayna ilə münasibətlərinin tarixə söykəndiyini söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım