Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı öldürülən uşaqların sayı 103-ə çatıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, hərbi əməliyyatlar zamanı 400-dən çox təhsil müəssisəsi dağıdılıb, onlardan 59-u tamamilə yararsız vəziyyətə düşüb.