Modern.az

ABŞ SSRİ-dən qalan raket sistemlərini Ukraynaya göndərir

ABŞ SSRİ-dən qalan raket sistemlərini Ukraynaya göndərir

16 Mart 2022, 16:08

Prezident Volodimir Zelenski Konqresdən ölkəsinə əlavə hərbi yardım istəməyə hazırlaşarkən, ABŞ və NATO-dakı müttəfiqləri Ukraynanın müdafiəsinə kömək etmək üçün Kiyevə bir neçə raket sistemləri göndərir.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın yüksək rütbəli rəsmilərinin bildirdiyinə görə, bunlara Sovet dövründən qalma SA-8, SA-10, SA-12 və SA-14 mobil hava hücumundan müdafiə sistemləri daxildir.

 

Göndərilən raket sistemləri Ukraynanın tələb etdiyi S-300 kompleksindən daha aşağı hündürlük məsafəsinə malikdir. Bununla belə, onlar Ukraynaya əvvəllər tədarük edilən “Stinger”lərdən daha yüksək uçuş məsafəsinə sahibdir ki, bu da qanadlı raketləri vurmaq imkanı yaradır.

 

Ukraynaya göndərilən sistemlər NATO-nun tərəfdaş ölkələrindən alınıb və hazırda yoldadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza