Modern.az

Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ

Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ

17 Mart 2022, 00:41

Ukrayna ordusu Nikolayev bölgəsində gedən döyüşlər zamanı Rusiyanın daha bir generalını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Nikolayev bölgə Dövlət Administrasiyasının rəhbəri Vitali Kim teleqram kanalında məlumat paylaşıb.

 

"Artıq general yoxdur. İndi onun adını və soyadını dəqiqləşdiririk", - Kim bildirib. 

 

Qeyd edək ki, bundan öncə yayılan məlumatlara əsasən, döyüşlərdə Rusiya tərəfdən 4 general, 6 polkovnik həlak olub. General-mayorlar Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar Yuri Aqarkov, Dmitri Sofronov, Mixail Yermolinin ölümü təsdiqlənib.

 

Həmçinin oxuyun:

Ukraynada öldürülən rus general və polkovniklər

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza