Modern.az

Bayden Putini \"hərbi cinayətkar\" adlandırdı

Bayden Putini \

17 Mart 2022, 00:58

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini hərbi cinayətkar adlandırıb.

 

Modern.az xəbər verir ki, Ağ Evdə “Fox News” telekanalının jurnalisti Baydendən rusiyalı həmkarını hərbi cinayətkar adlandırmağa hazır olub-olmadığını soruşub.

 

Bayden bu suala cavab verməyib və otağı tərk edib. Lakin geri qayıdandan sonra müxbir sualı təkrar soruşub.

 

Bundan sonra Bayden cavabında bildirib ki,o, hərbi cinayətkardır.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin ritorikasını bağışlanmaz adlandırıb.

 

“Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”,- deyə Kremlin sözçüsü vurğulayıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza