Modern.az

Ərdoğan NATO sammitində çıxış edəcək

Ərdoğan NATO sammitində çıxış edəcək

17 Mart 2022, 08:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Brüsseldə keçiriləcək NATO liderlərinin sammitində iştirak edəcək və bu sammit çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanması ilə bağlı danışıqlar aparacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ərdoğan Ankarada Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında deyib.

 

"Türkiyə atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək. Xarici işlər nazirimiz bu gün Moskvada danışıqlar aparır. Sabah o, Ukraynaya gedəcək", - deyə Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, Polşa Prezidenti ilə danışıqlar zamanı tərəflər "iki NATO müttəfiqi kimi" Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

 

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə və Polşa iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaratmaq niyyətindədirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza