Ukraynanın Mədəniyyət Nazirliyi Rusiyanın işğalı zamanı dağıdılmış və ya zədələnmiş ərazilərin ilkin siyahısını dərc edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dağıdılmış binalara Çerniqovdakı Ukrayna Antik Əsərləri Muzeyi, Xarkov Milli Universiteti, həmçinin Jitomirdəki Müqəddəs Məryəmin Doğuş kilsəsi daxildir.
Nazirlik Putinin əsl məqsədinin Ukrayna millətini, mədəniyyətini, tarixini və kimliyini məhv etmək olduğunu bildirib.