15-16 martda Yaponiyanın şimal-şərqindəki Tsuqaru boğazından Rusiyanın dörd hərbi gəmisi keçib. Onların Ukraynaya qoşun və döyüş maşınları daşıdığı ehtimal edilir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Yaponiyanın Müdafiə Nazirliyi yüksək ehtiyatlılıq hissi ilə Rusiya ordusunun vəziyyəti və hərəkətlərini izləməyə davam edəcək", - nazirliyin "Twitter" hesabında bildirib.
Qeyd edək ki, Tsuqaru boğazı Yapon dənizini Sakit Okeanla birləşdirir və Yaponiyanın iki ən böyük adası Honsyu və Hokkaydo arasında yerləşir.