Modern.az

Putin Qərbə işləyən rusları satqın adlandırdı

Putin Qərbə işləyən rusları satqın adlandırdı

17 Mart 2022, 10:36

Rusiyada Ukrayna ilə müharibəyə qarşı çıxan hər kəs sıxışdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

 

İddia olunur ki, Rusiya Prezidenti Vladimir Putin televiziya ilə çıxışında qərbyönümlü rusları “milli satqınlar” adlandırıb.

 

“Qərb beşinci kolon deyilən milli satqınlara, bizimlə burada pul qazanıb, orada yaşayanlara arxalanmağa çalışacaq. Mən “orada yaşamaq”ı sözün coğrafi mənasında deyil, onların düşüncələrinə, kölə şüurlarına görə nəzərdə tuturam”, - deyə Putin çıxışında bildirib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza