Modern.az

Ukraynanın hər yerində rus casuslar var - NAZİR

Ukraynanın hər yerində rus casuslar var - NAZİR

17 Mart 2022, 11:46

Rusiya casusları və təxribat qrupları Ukraynanın hər yerində mövcuddur.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın daxili işlər naziri Denis Monastırski verib.

 

"Təəssüf ki, Ukraynada açıq-aşkar hərbi təhlükə olmayan yer yoxdur. Biz heç bir atəşin olmadığı və ya təxribatçı qrupların tapılmadığı bir bölgənin adını çəkə bilmərik”, - deyə o, bildirib.

 

Nazirin sözlərinə görə, bu cür qruplar və ya yanğınsöndürənlər demək olar ki, hər gün Kiyevdə saxlanılır. Hətta, onlar hərbi əməliyyatların hərbi bazalar və ya hava limanları kimi strateji obyektlərə atılan nadir qanadlı raket zərbələri ilə məhdudlaşdığı qərbi Ukrayna bölgələrində də mövcuddur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza