Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində son vəziyyət və humanitar məsələlər müzakirə olunub.
Modern.az xəbər verir ki, Ərdoğan liderlər səviyyəsində görüşün əhəmiyyətinə toxunub.
O, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskini İstanbul və ya Ankarada qəbul edə biləcəklərini diqqətə çatdırıb.
***
17:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Qeyd edilib ki, liderlər Ukrayna ətrafındakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.