İtaliya COVID-19 pasportlarından tam imtina etməyi düşünür.
Modern.az xəbər verir ki, bu barədə ölkənin “Messaggero” nəşri yazıb.
Qeyd olunur ki, mayın 1-dən ölkədə pasport məhdudiyyəti ləğv oluna bilər. Apreldən şəhər nəqliyyatı, bir sıra müəssisələrdə məhdudiyyətlər tədricən azaldılacaq.
Qapalı məkanlarda maska taxmaq məcburiyyəti aprelin 30-da qədər davam edəcək. Bundan əlavə, yoluxmuş şəxslə təmasda olanlar üçün karantin ləğv olunacaq.