Modern.az

Ukraynanın saxta baş naziri peyda olub

Ukraynanın saxta baş naziri peyda olub

17 Mart 2022, 21:32

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın baş naziri olduğunu iddia edən bir şəxsin ona zəng etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

"Ukraynanın baş naziri olduğunu iddia edən fırıldaqçı bu gün mənimlə danışmağa cəhd etdi. O, bir neçə çaşdırıcı sual verdi və şübhələndikdən sonra zəngi dayandırdım", - deyə Ben Uolles qeyd edib.

 

Nazir informasiya hücumunun Rusiya tərəfindən həyata keçirildiyini bildirib. Uolles bu addımı “ümidsiz cəhd” kimi qiymətləndirib.


Qeyd edək ki, Britaniyanın müdafiə naziri rəsmi danışıqlar aparmaq üçün Polşanın paytaxtı Varşavaya səfər edib.

 

Xatırladaq ki, Ukraynanın baş naziri Denis Şmıqaldır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza