Ukraynaya hücumda iştirak edən Rusiya ordusunun daha iki yüksək rütbəli zabiti öldürülüb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, onların hər ikisi polkovnik rütbəsini daşıyır.
Öldürülən zabitlər 331-ci hava-desant alayının komandanı polkovnik Sergey Suxarev və onun müavini polkovnik Sergey Krılovdur.
Qeyd edək ki, bundan əvvəl Ukraynada Rusiya ordusunun 5 generalı öldürülüb.
Akif İsmayılov