Modern.az

Makron seçki platformasını AÇIQLADI

Makron seçki platformasını AÇIQLADI

18 Mart 2022, 08:30

Bu ilin aprel ayında Fransada növbəti prezident seçkiləri keçiriləcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron martın 17-də öz seçki platformasını açıqlayıb.

 

11 bənddən ibarət olan platformada Fransada pensiya yaşının tədricən 65 yaşa qaldırılması, prezidentlik mandatı bitənədək əhalinin tam məşğulluğunun təmin edilməsi, Fransa Silahlı Qüvvələrinin maliyyələşməsinin ildə 50 milyard avroya qədər artırılması, 6 yeni AES-in inşa edilməsi, eyni zamanda daha 8-nin layihələndirilməsinin təmin olunması, növbəti 10 il ərzində elmi tədqiqat işlərinin aparılmasına 25 milyard avro vəsait ayrılması və digər məsələlərin icrası qarşıya məqsəd qoyulub.

 

Qeyd edək ki, Fransanın hazırkı prezidenti Emmanuel Makron da daxil olmaqla seçkilərdə iştirak etmək üçün 12 nəfər namizəd qeydiyyatdan keçib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir