Modern.az

Rusların atəşə tutduğu şəhər boşaldılır

Rusların atəşə tutduğu şəhər boşaldılır

18 Mart 2022, 11:06

Ukraynanın şimal-şərqində yerləşən Sumı vilayətində humanitar dəhliz açılacaq.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb.

 

Bildirilib ki, mülki sakinlərin daşınmasına kömək etmək üçün şəhərlərə avtobuslar göndəriləcək. Hazırda altı müxtəlif marşrut mövcuddur ki, bunların hamısı Ukraynanın mərkəzindəki Poltavaya aparır.

 

Xatırladaq ki, Rusiya sərhədinə və cəbhə xəttinə yaxın olan Sumı son həftələrdə güclü atəşə məruz qalıb, şəhərdə elektrik və su kəsilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir