Prezident Vladimir Putin Moskvadakı “Lujniki” stadionunda Krımın Rusiyaya “qaytarılmasının” 8-ci ildönümünə həsr olunmuş mitinq-konsertdə çıxış edib.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, V.Putin 2014-cü il martın 18-də Krımda və Sevastopolda keçirilmiş referendumu xatırladaraq, orada yaşayan insanların düzgün seçim etdiyini vurğulayıb.
“Onlar öz tarixi vətənləri - Rusiya ilə ortaq tale yaşamaq istəyirdilər, buna tam haqları var idi və məqsədlərinə çatdılar.
Krımlılar və sevastopollular neonasistlərin və ifrat millətçilərin qarşısına sərt sədd çəkərək, düzgün iş gördülər”.
Rusiya rəhbərinin sözlərinə görə, ötən 8 ildə Rusiya Krım və Sevastopolun inkişafı üçün çox işlər görüb: “Onlar fundamental xarakter daşıyır: qaz, enerji təchizatı, kommunal xidmətlər, yol şəbəkəsinin bərpası, yeni yolların, magistral yolların və yeni körpülərin tikintisi.
Biz bilirik ki, bundan sonra nəyi necə etmək lazımdır. Və biz bütün planlarımızı mütləq həyata keçirəcəyik”.
Putin Donbass məsləsinə də toxunub. Deyib ki, “Rusiyanın başladığı əməliyyat”ın məqsədi Donbass bölgəsində yaşayanları soyqırımından xilas etməkdir.