Modern.az

Konfrans liqasının son püşkü atıldı

Konfrans liqasının son püşkü atıldı

18 Mart 2022, 18:25

Bu gün Konfrans Liqasında növbəti püşkatma mərasimi baş tutub.

 

Modern.az xəbər verir ki, qitənin üçüncü dərəcəli klub turnirinin 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

 

Mərasim İsveçrənin Nyon şəhərində təşkil olunub. Kubok yolunu davam etdirən 8 komanda dörd cütlüyü müəyyənləşdirib. Həmçinin yarımfinalın mümkün cütləri və finalın nominal meydan sahibi bəlli olub.

 

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal aprelin 28-də və mayın 5-də, Albaniyanın paytaxtı Tiranada baş tutacaq final mayın 25-də keçiriləcək.

 

Konfrans Liqası

1/4 final

1. “Bodo Qlimt” (Norveç) - “Roma” (İtaliya)

2. “Feyenoord” (Niderland) - “Slaviya” (Çexiya)

3. “Marsel” (Fransa) - PAOK (Yunanıstan)

4. “Lester” (İngiltərə) - PSV (Niderland)

 

1/2 final

5. 4-cü cütün qalibi – 1-ci cütün qalibi

6. 2-ci cütün qalibi – 3-cü cütün qalibi

 

Final

7. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir