Türkiyə Qara dəniz regionunda sülh və sabitliyin tərəfdarıdır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala döyüşündəki qələbənin 107-ci ildönümünə həsr olunan mərasimdə bildirib.
Nazir qeyd edib ki, Türkiyə Ukraynada baş verənləri diqqətlə izləyir və hər fürsətdə bu ölkədə sabitliyi bərpa edəcək dərhal atəşkəs haqqında razılığın əldə olunmasının vacibliyini vurğulayır.
Akar çıxışında Ukraynada, o cümlədən Mariupol şəhərindəki humanitar böhrana diqqət çəkib.