ABŞ Prezidenti Co Bayden gələn həftə Ukraynadakı vəziyyətlə əlaqədar G7-nin ("Böyük Yeddilik") Brüsseldə keçiriləcək sammitində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında deyib.
"Bildiyiniz kimi, o, cümə axşamı Belçikanın paytaxtı Brüsselə gedəcək və orada dolğun gün keçirəcək", - Psaki vurğulayıb.
O, Baydenin NATO-nun və Aİ-nin sammitində iştirak edəcəyini xatırladıb. Həmin gün ABŞ Prezidenti Ukraynadakı vəziyyəti ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə müzakirə etmək üçün G7-nin Almaniya tərəfindən çağırılan toplantısında iştirak edəcək.
Cen Psaki onu da əlavə edib ki, G7 sammitinin iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab hazırlayırlar.