Rusiya ordusunun daha bir yüksək rütbəli zabiti Ukraynada həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandanı, general-leytenant Andrey Mordviç məhv edilib. Bununla da Ukraynada öldürülən rus generalların sayının 6-ya çatdığı bildirilir.