Modern.az

Kanada ukraynalılara üç illik sığınacaq verir

Kanada ukraynalılara üç illik sığınacaq verir

19 Mart 2022, 19:54

Kanada ukraynalı qaçqınlara yardım sistemi hazırlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın immiqrasiya naziri Şon Freyzer məlumat verib.

 

O bildirib ki, sistemə əsasən Ukrayna vətəndaşları sürətləndirilmiş viza ala və üç ilədək ölkədə qala bilərlər. Proqramın məqsədi Rusiyanın hücumu nəticəsində ölkəsini tərk etmək məcburiyyətində qalan qeyri-məhdud sayda Ukrayna vətəndaşına sığınacaq verməkdir.

 

Kanada Sərhəd Xidmətləri Agentliyinin məlumatına görə, fevralın 21-dən martın 13-dək ölkəyə 3368 Ukrayna vətəndaşı daxil olub. Onlardan 2515-i hava yolu ilə gəlib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir