Ukraynada Rusiya ordusunun daha iki yüksək rütbəli zabiti öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıb.
Qeyd olunur ki, döyüşlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının komandan müavini, 1-ci dərəcəli kapitan Andrey Paliy Ukraynada zərərsizləşdirilib.
Bundan əlavə, "Rosqvardiya"nın Vladimir vilayəti üzrə SOBR xüsusi dəstəsinin komandir müavini, polkovnik Sergey Savvatayev də öldürülüb. Məlumata görə, o və dəstəsinin olduğu hərbi karvan Ukrayna ordusu tərəfindən bombalanıb.
Akif İsmayılov