Modern.az

Baş nazir: "Putin Ukraynadan qorxur"

Baş nazir:

Dünya

20 Mart 2022, 08:55

"Rusiya Prezidenti Vladimir Putin Ukraynadan qorxduğu üçün bu ölkəyə hücum edib". 

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

 

"Əlbəttə, Putin Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olacağına inanmırdı. O, yaxşı bilirdi ki, Ukrayna torpağında heç bir nüvə başlığı yerləşdirilməyəcək. O, həm də tarixlə bağlı yazdığı mifik cəfəngiyyatlara inanmır. Məncə, məsələ bu deyil. Məncə, o, Ukraynadan tamamilə başqa səbəbdən qorxur", - Conson qeyd edib.

 

Baş nazirin sözlərinə görə, Putin Ukraynada azad mətbuat və azad seçkilər olduğu üçün qorxur.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir