Rusiyanın hücumu ilə əlaqədar 10 milyon ukraynalı evini tərk edib.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.
"10 milyon insan evlərini tərk edib, onlar ya ölkə daxilində yaşayış yerlərini dəyişiblər, ya da ölkəni tərk ediblər", - deyə Filippo Qrandi "Twitter"də yazıb.
Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 41,1 milyon nəfər olub.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Rusiyanın fevralın 24-də başlatdığı müharibənin İkinci Dünya Müharibəsindən sonra Avropada ən pis qaçqın böhranına səbəb olduğunu bildirib.
BMT-nin martın 19-da verdiyi məlumata əsasən, Ukraynada azı 847 mülki şəxs həlak olub, daha 1399 nəfər isə yaralanıb.
Akif İsmayılov