"Əgər Ukrayna NATO-ya qəbul edilsəydi, Rusiya bizi işğal etməzdi".
Modern.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Mən ölkəm, xalqım üçün təhlükəsizlik zəmanəti almaq istəyirəm. Əgər NATO üzvləri bizi Alyansda görməyə hazırdırsa, o zaman bizi dərhal qəbul edin, çünki insanlar hər gün ölür. Amma xalqımızın həyatını xilas etməyə hazır deyilsinizsə, bizi qeyri-müəyyən vəziyyətə salmayın", - deyə o qeyd edib.
Zelenskinin sözlərinə, o, şəxsən Alyansın rəhbərliyindən xahiş edib ki, NATO-nun Ukraynanı bir, iki və ya beş ildən sonra qəbul edəcəyini birbaşa söyləsin və ya sadəcə olaraq açıq şəkildə “yox” desin.
Akif İsmayılov