Çin Rusiyaya hərbi yardım göstərmir.
Modern.az xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Qin Qang bildirib.
Onun sözlərinə görə, Pekin tərəfləri Ukraynada sülhə və atəşkəsə çağırır. Səfir, həmçinin bildirib ki, müharibənin pislənməsi heç bir nəticə verməyəcək.
“Rusiyaya hərbi yardım göstərilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil, biz bunu rədd edirik. Hərbi əməliyyatların ikinci günündə Si Cinpin Putindən Ukrayna ilə sülh danışıqlarını davam etdirmək barədə düşünməyi xahiş edib", - deyə Qanq CBS telekanalına müsahibəsində qeyd edib.
Akif İsmayılov