Modern.az

ABŞ-ın Ukraynaya hərbi yardımı 2 milyard dolları ötüb

ABŞ-ın Ukraynaya hərbi yardımı 2 milyard dolları ötüb

Dünya

20 Mart 2022, 21:52

ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləği 2 milyard dolları keçib.

 

Modern.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

 

Onun sözlərinə görə, təkcə ötən həftə Ukrayna ABŞ-dan 1 milyard dollar həcmində hərbi yardım alıb.

 

Pentaqonun rəhbəri vurğulayıb ki, 2014-cü ildən Ukraynada ABŞ-ın hərbi təlimatçıları var, onlar Ukrayna hərbçilərinə Amerika silahlarından necə istifadə etməyi öyrədirlər.

 

Qeyd edək ki, “The New York Times” qəzeti 2022-ci ildə ABŞ-ın ümumi hərbi yardımının 3,5 milyard dollar olacağını təxmin edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir