Modern.az

Slovakiyada “Patriot” sistemi yerləşdirildi

Slovakiyada “Patriot” sistemi yerləşdirildi

Dünya

20 Mart 2022, 22:35

Slovakiyada NATO ölkələrinə məxsus "Patriot" hava hücumundan müdafiə sistemləri yerləşdirilib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad özünün "Facebook" səhifəsində məlumat verib.

 

Qeyd olunub ki, sistem Almaniya və Niderland qoşunları tərəfindən idarə olunacaq və ilkin olaraq NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün Slovakiyanın mərkəzindəki Sliac hava limanında yerləşdiriləcək.

 

Nazir, həmçinin bildirib ki, “Patriot” sistemi Slovakiyanın işlətdiyi sovet dövründən qalma S-300 sisteminin əvəzedicisi deyil, tamamlayıcısı olacaq.

 

Bundan əvvəl müdafiə naziri qeyd etmişdi ki, Slovakiya S-300-ləri lazımi şəkildə dəyişdiriləcəyi təqdirdə Ukraynaya verməyə hazırdır.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir