İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni özündən 53 yaş kiçik qadınla evlənib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, o, 3 ilə yaxındır sevgili olduğu 32 yaşlı Marta Faskina ilə ailə həyatı qurub.
85 yaşlı Berluskoni ilə Faskinanın evlənməyə hazırlaşdığı iddiası bir neçə həftə əvvəl ortaya atılıb və keçmiş baş nazir bu xəbərləri təkzib edib.
Məlumata görə, toy məclisində rəsmi nikah olmayıb. İddia olunur ki, cütlüyün rəsmi nikah bağlamamasına səbəb Berluskoninin əvvəlki evliliklərindən olan övladlarının etirazı, xüsusilə də miras məsələsi olub.
Qeyd edək ki, Berluskoninin əvvəlki iki evliliyindən 5 övladı var. Ailənin sərvətinin 6,5 milyard avro olduğu bildirilir.
Akif İsmayılov