"Rusiya hərbi qüvvələri bizi məhv etməyə, öldürməyə gəlib".
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.
"Biz Rusiyaya qarşı sərt cavab verməklə xalqımızın və ordumuzun şərəfini göstərə bilərik, amma təəssüf ki, şərəfimiz insan həyatlarını xilas etməyəcək. Ona görə də hesab edirəm ki, istənilən formatdan, istənilən imkandan istifadə etməliyik ki, Putinlə görüşmək imkanı olsun, amma cəhdlər uğursuz olarsa, bu, Üçüncü Dünya Müharibəsinin başlanması deməkdir”, - Zelenski bildirib.