Modern.az

Bayden Polşaya gedir

Bayden Polşaya gedir

21 Mart 2022, 08:27

ABŞ Prezidenti Co Bayden Polşaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

“Prezident Co Bayden bu həftə Belçikanın Brüssel şəhərində NATO müttəfiqləri, G7 liderləri və Avropa İttifaqı ölkələri rəhbərləri ilə görüşlər keçirəcək. Sonra Ukraynaya dəstək vermək və Rusiyaya qarşı sanksiyaları artırmaqda beynəlxalq səyləri müzakirə etmək üçün bu həftə Polşaya gedəcək”, - deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

 

Qeyd edək ki, Co Bayden və Anje Duda arasında ikitərəfli görüş martın 25-də Varşavada baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir