ABŞ qoşunlarının Ukraynada BMT-nin sülhməramlı kontingentində iştirakı çətindir.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfeld deyib.
O, qeyd edib ki, Amerika prezidenti Co Bayden Polşaya səfəri zamanı həmkarı ilə Ukraynaya sülhməramlıların gətirilməsi məsələsini müzakirə edəcək:
"ABŞ çətin ki, bunda iştirak etsin, lakin belə qərar qəbul edəcək NATO müttəfiqlərini dəstəkləyəcək. ABŞ Ukraynanın işğalçı ölkə ilə danışıqlarında irəliləyiş şansı görmür. Rusların diplomatik həllə meylli olduğu görünmür”.