Modern.az

Rusiyanın 7 hava hədəfi məhv edildi - Son vəziyyət

Rusiyanın 7 hava hədəfi məhv edildi - Son vəziyyət

21 Mart 2022, 09:33

"Ukrayna qırıcıları dünən işğalçının 7 hava hədəfini vurub, texnika dəstələrinə və canlı düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirib".

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri ötən sutka ərzində düşmənin 7 hava hədəfini (1 təyyarə, 4 PUA və 2 qanadlı raket) vurub. Bundan əlavə, bombardmançı və yerüstü hücum təyyarələri texnika və düşmən canlı qüvvəsinin yığılmasına sarsıdıcı zərbələr endirib.

 

Baş Qərargah qeyd edir ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib.

 

"Ukrayna Silahlı Qüvvələri və Müdafiə Qüvvələrinin digər bölmələri ələ keçirilən xətləri saxlamağa çalışan düşmən qoşunlarının qruplaşmalarına zərbələr endirməkdə davam edir. Eyni zamanda, düşmənin pilotlu təyyarələrdən istifadəsinin intensivliyi azalıb. Raket və bomba zərbələrinin nəticələrinin effektivliyini qiymətləndirmək üçün düşmən operativ-taktiki pilotsuz uçuş aparatlarından istifadə edib”, - məlumatda deyilir.

 

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada müharibəyə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir