Modern.az

ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalara HAZIRLAŞIR

ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalara HAZIRLAŞIR

21 Mart 2022, 10:16

Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dalip Sinqh ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını daha çox bankları və iqtisadiyyatın enerji ilə əlaqəli sektorlarını əhatə etmək üçün genişləndirə biləcəyini deyib.

Modern.az-ın məlumatına görə, o, bu barədə CBS telekanalına müsahibəsində bildirib.

Sinqhin sözlərinə görə, məhdudiyyətlər “Rusiya iqtisadiyyatının strateji əhəmiyyətli sahələrinə” təsir edə bilər. O izah edib ki, söhbət əsasən neft və qazdan gedir, “amma başqa sektorlar da var”. Eyni zamanda, Amerika administrasiyasının nümayəndəsi hansı sahələrdən danışdıqlarını dəqiqləşdirməkdən imtina edərək, yalnız Rusiya prezidenti Vladimir Putinin “söhbətin nədən getdiyini” bildiyini söyləyib.

Ağ Ev rəsmisi bildirib ki, Vaşinqton Qərbin sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının ən yaxşı halda yarıya qədər azalacağını proqnozlaşdırır. Eyni zamanda o qeyd edib ki, ABŞ-da “onlar rus xalqının əzabları ilə fəxr etmirlər”.

ABŞ sanksiyalarının ləğvindən danışan Sinqh bunu qətiyyətlə inkar edib. O, bəyan edib ki, bunun üçün Rusiyanın görməli olduğu ilk şey Ukraynada müharibəni dayandırmaqdır. Aö Erv rəsmisinin sözlərinə görə, hazırda Vaşinqton “bu məqama belə yaxınlaşmayıb”. Sinqh onu da xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın iqtisadi təcridinə son qoymaq üçün münaqişənin dayandırılmasının vacibliyini artıq bəyan edib.

D.Sinqh həmçinin xatırladıb ki, Vaşinqton Pekinə Ukraynada davam edən müharibə ilə bağlı Moskvaya dəstək verəcəyi təqdirdə bunun nəticələri barədə xəbərdarlıq edib. Bu halda Çinə qarşı sanksiyalar tətbiq oluna bilər. Bununla belə, onun sözlərinə görə, ABŞ Çin üçün hansı nəticələrin ola biləcəyini ictimaiyyətə açıqlamayacaq.

Martın 18-də ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinlə iki saatlıq telefon danışığı aparıb, bu zaman siyasətçilər digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Ağ Evin yüksək rütbəli rəsmisinin sözlərinə görə, “Bayden açıq şəkildə bildirib ki, Çin Rusiyaya yardım etsə, bunun əks-sədası olacaq”. O, qeyd edib ki, Bayden heç bir konkret tələb irəli sürməyib, yalnız vəziyyətlə bağlı öz baxışını və vacib məqamları çinli həmkarına açıqlayıb, həmçinin müəyyən hərəkətlərin nəticələrindən bəhs edib.

Çinin ABŞ-dakı səfiri Qin Qang daha sonra bəyan edib ki, Pekin Moskvaya hərbi yardım göstərmir. O qeyd edib ki, Çin dünyanın tərəfində qalır və atəşkəsə çağırır. Eyni zamanda diplomat xatırladıb ki, hərbi əməliyyatların ikinci günündə Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putindən “Ukrayna ilə sülh danışıqlarını davam etdirmək barədə düşünməyi” xahiş edib.


Bu arada Reuters agentliyinin məlumatına görə, Avropa İttifaqı ölkələri anti-Rusiya sanksiyalarının beşinci paketi üzərində işləyir, həmçinin Moskvaya neft embarqosu tətbiq etmək imkanını nəzərdən keçirir.

Agentliyin mənbəyi - yüksək rütbəli avropalı diplomat deyib ki, Avropa ölkələri Rusiyadan neft tədarükünə embarqo qoymalıdır. Baltikyanı ölkələr, o cümlədən Litva bunda israrlıdır və Almaniya enerji qiymətləri onsuz da yüksək olduğundan, tələsik addım atmamaq barədə xəbərdarlıq edir. O əlavə edib ki, “Kiyevin kütləvi bombardmanı” və ya “kimyəvi silahların” istifadəsi halında enerji embarqosu tətbiq oluna bilər.

Polşanın baş naziri Mateuş Moravitski də Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ehtimalından danışıb. Onun sözlərinə görə, Avropa Şurası yeni sanksiyalar paketi qəbul edə bilər, ona əsasən, Aİ Rusiya ilə ticarət blokadası yaradacaq. Polşa baş nazirinin sözlərinə görə, bu cür tədbirlərə “Rusiya bayrağı altında Rusiya mallarının daşıdığı gəmilərin limanlara daxil olmasına qadağa, həmçinin quru yolu ilə ticarətə yasaq” daxil edilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir