Modern.az

4 yaşlı qızın bədəni parçalandı, anası yanaraq öldü... – Mariupol dəhşətləri

4 yaşlı qızın bədəni parçalandı, anası yanaraq öldü... – Mariupol dəhşətləri

21 Mart 2022, 14:55

Mariupol şəhərinin bombardmanından sağ çıxan sakinlər Zaporojye şəhəri yaxınlıqda müalicə alırlar. Ukraynadakı müharibənin ən dəhşətli üzünü, Rusiyanın xarabalığa çevirdiyi Mariupol şəhərində mühasirəyə düşən insanların nələr çəkdiyini Zaporojyedəki Regional Uşaq Xəstəxanasında görmək olar.


Modern.az xəbər verir ki, xəstəxanaya onlarla uşaq yerləşdirilib. Onlardan biri də balaca Artemdir. Rusiya mərmisi onun qarnından yaralanmasına səbəb olub. Uşağın Mariupoldan qaçmaq istəyən valideynləri və nənələri də ağır yaralanıb. Digər həmyerliləri kimi onlar da müharibənin qurbanıdır. Öz evindən didərgin düşən Artemin hələ üç yaşı tamam olmayıb.

 

Artemlə qonşu çarpayıda azyaşlı Maşa yatır. Onun sağ ayağı keçən çərşənbə axşamı rus mərmisinin partlaması nəticəsində parçalanıb və sonradan amputasiya edilib.

 

Maşa son üç həftə ərzində Rusiyanın atəşi nəticəsində yaralanan yüzlərlə ukraynalıdan biridir. Psixoloji travma alan azyaşlılar müharibənin dəhşətli mənzərəsini bir ömür boyu unuda bilməyəcəklər. 

 


Uşaq Xəstəxanasının baş həkimi Yuri Borzenko bildirib ki, Rusiyanın günahsız insanlara hücumu insanlıq əleyhinə bağışlanmaz cinayətdir. 

 

"Mən Rusiyaya nifrət edirəm. Ayağını itirən qız (Maşa) o qədər travma aldı ki, günlərlə nə yedi, nə də içdi. O, baş verənləri zehni olaraq idarə edə bilmir. Biz onu venadaxili qidalandırmaq məcburiyyətində qaldıq" - baş həkim vurğulayıb.

 

Azyaşlıları müalicə edən digər həkim dəhşət dolu günlər yaşadıqlarını söyləyib:


"Kəlləsində qəlpələr olan altı yaşlı uşaq heç bir göz yaşı və emosiya olmadan anasının vurulduqdan sonra maşınında yanaraq öldüyünü bizə iki gün sonra təsvir etdi. Bu müharibənin dəhşət mənzərədir".

 

Mariupolda vəziyyət acınacaqlıdır. Şəhərdəki binaların təxminən 90%-i zədələnib və ya dağılıb. Keçən həftə 1000-dən çox insanın sığındığı teatr binasının dağıdılmasından sonra içərisində 400 nəfərin olduğu incəsənət məktəbinin də hücuma məruz qaldığı bildirilir.

 


Zaporojye Uşaq Xəstəxanasında ailəsi tamamilə məhv olmuş, kədərli, təsəllisiz bir ata da var. Onun 26 yaşlı qızı Nataşa və 4 yaşlı nəvəsi Dominika Mariupolun bombalanması nəticəsində həlak olublar.

 

"Mən yerə baxdım və balaca nəvəm başı tamamilə parçalanmış vəziyyətdə uzanmışdı. O, nəfəs almadan yerə uzanırdı və yanında ayaqları sınmış qızım var idi",- Dmitri deyir.

 

Nə qədər kədərli olsa da, Vladimir ikinci qızı Diana üçün möhkəm qalmağa çalışır. O da partlayış nəticəsində ağır yaralanıb və təcili əməliyyat olunmaq üçün xəstəxanaya çatdırılıb.

 

"İlahi, bütün bunları niyə mənim başıma gətirdin? Övladlarımı dəfn etməməli idim, sevimli qızlarım, səni ruslardan qoruya bilmədim", - Dmitri yaşadığı faciədən söz açıb.

 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Bu günədək 115-dən çox ukraynalı uşaq həlak olub, 140-dan çox azyaşlı yaralanıb. 

 

Dünənə olan məlumata görə, Kiyevdə 58, Xarkovda 36, Donetskdə 29, Çerniqovda 30, Nikolayevdə 22, Jitomirdə 15, Sumıda 14, Xersonda 14 uşaq xəsarət alıb. Bundan əlavə, 489 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 69-u tamamilə məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir