Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə nazir “Twitter”də məlumat yayıb.
Nazirlər ikitərəfli münasibətlər və regional hadisələri, həmçinin Ukraynadakı vəziyyəti müzakirə ediblər.