Modern.az

Ukraynalı riyaziyyatçı Rusiyada intihar etdi

Ukraynalı riyaziyyatçı Rusiyada intihar etdi

21 Mart 2022, 19:14

Ukraynalı riyaziyyatçı Konstantin Olmezov Rusiyada intihar edib.

 

Modern.az xəbər verir ki, Olmezov Rusiyanı tərk etmək istəyərkən saxlanılıb. Ona qarşı inzibati protokol tətbiq olunub və barəsində 15 sutka həbs qərarı verilib.

 

Məlumata görə, o, azadlığa çıxdıqdan sonra Avstriyadakı universitetlərdən birində təhsilini davam etdirmək üçün dəvət alıb. Lakin Olmezov həbsinə etiraz olaraq canına qəsd edib.

 

“O, baş verənlərin dəhşətinə dözə bilmədiyi üçün intihar məktubu yazaraq səhər canına qəsd edib”, - deyə hüquq müdafiəçisi Dmitri Zaxvatov “Telegram”da yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir