Avropa İttifaqı tarixində ilk dəfə olaraq müdafiə strategiyasını təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç məlumat yayıb.
"Strateji Kompas" adlanan sənəd təşkilata 2030-cu ilə qədər Aİ-nin təhlükəsizlik və müdafiə siyasətini gücləndirmək üçün iddialı fəaliyyət planı təqdim edir.
XİN başçısı vurğulayıb ki, bu, yalnız yolun başlanğıcıdır və bir çox məsələ Aİ-nin Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı nə dərəcədə uğurla dəstəkləyəcəyindən asılı olacaq.
Akif İsmayılov