Rusiya Prezidenti Vladimir Putin Türkiyənin ona Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə dair göndərdiyi təklifə cavab verib.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Putin xüsusi nümayəndələr arasında danışıqların bitməsinin lazım olduğunu bildirib.
Qeyd edək ki, rəsmi Ankara Rusiya və Ukrayna liderləri arasında görüşün keçirilməsini təklif edib.
Həmçinin oxuyun:
Zelenski Putinin tələblərinə “YOX” dedi