Modern.az

Putinə verilən “fəxri doktor” adı geri alındı

Putinə verilən “fəxri doktor” adı geri alındı

21 Mart 2022, 22:42

Bolqarıstanın Veliko Tırnovo şəhərindəki "Sveti Kiril i Metodiyi" universiteti Rusiya Prezidenti Vladimir Putinə 13 il əvvəl verilmiş “fəxri doktor” adını geri alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Universitetin Akademiya Şurası qərar qəbul edib.

 

Bildirilib ki, fəxri adın alınması barədə qərar siyasi məqsəd daşımır.

 

Xatırladaq ki, Putin fəxri doktor adına "müasir dünya sülhünə verdiyi töhfələrə görə" layiq görülmüşdü.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir