Modern.az

Varşavadan Bakıya birbaşa aviareyslər açılır

Varşavadan Bakıya birbaşa aviareyslər açılır

21 Mart 2022, 23:39

Polşanın "Polskie Linie Lotnicze" (LOT) aviaşirkəti Azərbaycanın paytaxtı Bakıya birbaşa reyslər açır.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində bildirilib.

 

Məlumata əsasən, aviaşirkətin Bakıya ilk uçuşu mayın 27-si Varşavanın Frederik Şopen adına hava limanından həyata keçiriləcək.

 

Uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri yerinə yetiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir