Modern.az

Ərdoğan Baydenlə görüşəcək

Ərdoğan Baydenlə görüşəcək

21 Mart 2022, 23:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.


Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

 

Onun sözlərinə görə, 23-24 mart tarixlərində Belçikaya səfər zamanı Ərdoğanın ABŞ dövlət başçısı ilə ikitərəfli görüşü nəzərdə tutulub.  

 

Qeyd edək ki, Ərdoğanın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Brüsseldə keçiriləcək NATO Liderlər Zirvəsinə qatılacaq. Sammit və ikitərəfili görüşlərin əsas mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir